Ən çox verilən suallar


Sual: Hərbi liseylərdə təhsil müddəti neçə ildir?

Cavab: Hərbi liseylərdə təhsil müddəti 2 ildir.

Sual: Hərbi liseylərdə təhsil alan kursantlar üçün təhsil müddətində ödənilən birdəfəlik və aylıq ödəmələr nə qədərdir?

Cavab: “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər” haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Hərbi liseylərdə:

300 (üç yüz) manat məbləğində birdəfəlik ödəmə;

50 (əlli) manat məbləğində aylıq təqaüd;

100 (yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;

100 (yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş.

Sual: Hərbi liseylərdə təhsil alan kursantlar üçün yaş həddi neçədir?

Cavab: Cari ildə ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.

Sual: Hərbi liseylərə qəbul prosesi hansı qaydada həyata keçirilir?

Cavab: Namizədlərin hərbi liseylərə qəbulu müvafiq tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verən abituriyentlərin buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən həyata keçirilir.

Sual: Hərbi liseylərə qəbul olmaq üçün minimum keçid balı nə qədərdir?

Cavab: Qəbul ilində təhsil müəssisələrinin ehtiyaclarına uyğun olaraq qəbul balı dəyişə bilər.

Sual: Hərbi liseyə qəbul olan kursant gələcəkdə təhsilini xarici ölkədə davam etdirə bilər?

Cavab: Hərbi liseydən məzun olmuş kursant ali və orta ixtisas təhsil müəssisələrinə (Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Kolleclər) qəbul olunduqda qəbul balı və öz istəyi nəzərə alınaraq Türkiyə, İtaliya, Koreya Respublikalarının və Rusiya Federasiyasının hərbi təhsil müəssisələrində təhsilini davam etdirə bilər.